Gürcüstanın müdafiə naziri: Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə töhfə verməyə hazırıq

Gürcüstanın müdafiə naziri: Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə töhfə verməyə hazırıq

Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevi qəbul edərkən deyib.

Görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.

Həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.