Azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin dinamikası açıqlanıb

Azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin dinamikası açıqlanıb

Bu ilin birinci rübündə Qarabağ iqtisadi rayonunda ötən ilin eyni dövrü ilə müqayisədə mikro sahibkarlıq subyektlərinin sayı 2,2 % artaraq 3 715 olub.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hesabat dövründə iqtisadi rayon üzrə kiçik sahibkarlıq subyektlərinin sayı 1,8 % artaraq 179, orta sahibkarlıq subyektlərinin sayı 1,9 % artaraq 70, iri sahibkarlıq subyektlərinin sayı 0,8 % artaraq 6, fərdi sahibkarların sayı 6,4 % artaraq 85 723 təşkil edib.

Yanvar-mart aylarında Şərqi Zəngəzur iqtisadi rayonunda mikro sahibkarlıq subyektlərinin sayı illik müqayisədə 0,5 artaraq 816-a, kiçik sahibkarlıq subyektlərinin ayı 0,5 % artaraq 48-ə, orta sahibkarlıq subyektlərinin sayı 0,4 % artaraq 15-ə, iri sahibkarlıq subyektlərinin sayı 0,2 % artaraq 2-ə, fərdi sahibkarların sayı isə 0,4 artaraq 5 081 olub.

1 aprel tarixinə ölkə üzrə mikro sahibkarlıq subyektlərinin sayı 169 587, kiçik sahibkarlıq subyektlərinin sayı 9 718, orta sahibkarlıq subyektlərinin sayı 3 589, iri sahibkarlıq subyektlərinin sayı 782, fərdi sahibkarların sayı 1 341 825 təşkil edib.