Oğuza və İsmayıllıya dolu düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Oğuza və İsmayıllıya dolu düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.

***

18:00

Oğuzun bir neçə kəndinə dolu düşüb.

Birxeber.Az-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 16 radələrindən başlayaraq Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Qeyri-sabit hava şəraiti daha çox rayonun dağətəyi ərazilərində özünü göstərib. Xaçmaz, Filfilli, Ərmənət və Baş Daşağıl kəndlərinə 8-10 dəqiqə ərzində dolu düşüb. Dolu şəxsi təsərrüfatlara, əkin sahələrinə və ağaclara ziyan vurub. Dolunun bir neçə avtomobili də zədələdiyi bildirilir.