"Səbail" klubunun kapitanı: Yaşıl meydanlara qayıtsam da, formada deyiləm

"Səbail" klubunun kapitanı: Yaşıl meydanlara qayıtsam da, formada deyiləm

Yaşıl meydanlara qayıtsam da, formada deyiləm.

Bunu “Birxeber.Az”a açıqlamasında “Səbail”in kapitanı Ağabala Ramazanov deyib.

Təxminən 5 aylıq fasilədən sonra Premyer Liqanın XXXI turunda “Araz Naxçıvan”a qarşı forma geyinən 31 yaşlı yarımmüdafiəçi futbola döndüyü üçün sevindiyini bildirib: “Həqiqətən futbola dönmək çox xoşdur. Hər zaman komanda yoldaşlarımın yanında olmaq istəyirəm. Bir müddət fərdi məşqlər etdim, sonra komandaya qoşuldum. Əsas məqsədim əvvəlki formamı bərpa etməkdir”.

Qeyd edək ki, A.Ramazanov Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Səbail” – “Turan Tovuz” matçında rəqiblə toqquşaraq başından ciddi zədə almışdı.