Fabio Kannavaro "Udineze"nin baş məşqçisi olub

Fabio Kannavaro "Udineze"nin baş məşqçisi olub

İtaliya A Seriyasında çıxış edən “Udineze” klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb.

“Birxeber.Az” klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib.

O, son olaraq İtaliyanın digər təmsilçisi “Benevento”nu çalışdırıb.

Qeyd edək ki, 32 oyunda 28 xal toplayan "Udineze" turnir cədvəlində 17-ci sırada qərarlaşıb.