Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə edib

Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə edib

Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu. Görüşdə WB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib