Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb

Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb

Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu addıma görə hər iki tərəfi təbrik edir”, - XİN-in bəyanatında bildirilib.