Podolyak: Növbəti ildə hərbi yardım döyüş meydanındakı nailiyyətlərimizdən asılıdır

Podolyak: Növbəti ildə hərbi yardım döyüş meydanındakı nailiyyətlərimizdən asılıdır

“ABŞ-nin Ukraynaya növbəti ildə də hərbi yardım göstərməsi döyüş meydanındakı nailiyyətlərimizdən asılıdır”.

APA-nın “UNIAN”a istinadən xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak deyib.

O bildirib ki, göstərilən hərbi dəstək effektiv müdafiə konsepsiyasının hazırlanması üçün kifayət etsə də, hücumların əhatə dairəsini genişləndirmək üçün çox sayda uzaqmənzilli raketlərə, eləcə də hərbi təyyarələrə böyük ehtiyac var:

“Biz Avropada müharibənin yaratdığı təhlükənin mahiyyətini anlayan lobbiçilərin dəstəyini hiss edirik. Məhz elə onların təmsilçiləri ABŞ cəmiyyətinə Rusiya ilə müharibənin səbəbləri barədə geniş məlumat verməlidir. Əslində bu, bir qədər də ya ABŞ-nin, ya Rusiyanın dominantlığı uğrunda mübarizədir” - o, bildirib.

Qeyd edək ki, aprelin 20-də Ukraynaya və onun müttəfiqlərinə 61 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi ilkin səsvermədən keçib. Senat isə sənədi aprelin 23-də müzakirəyə çıxaracaq.