İran TŞ-nin katibi Rusiyada keçiriləcək təhlükəsizlik forumunda iştirak edəcək

İran TŞ-nin katibi Rusiyada keçiriləcək təhlükəsizlik forumunda iştirak edəcək

İran Milli Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Əkbər Əhmədian Sankt-Peterburqda keçiriləcək Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq görüşündə iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İran TŞ-nin katibi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə tədbirdə iştirak edəcək.

Bildirilib ki, Əhmədian Sankt-Peterburqda Rusiya, Braziliya, Cənubi Afrika, Çin, Hindistan və İraqdan olan həmkarları ilə də ayrıca görüşlər keçirmək niyyətindədir.

Qeyd edək ki, görüş aprelin 23-25-də Sankt-Peterburqda baş tutacaq.