Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub.