Britaniya kralı əməliyyatdan sonra xəstəxanadan buraxılıb

Britaniya kralı əməliyyatdan sonra xəstəxanadan buraxılıb

Böyük Britaniya kralı III Çarlz əməliyyatdan sonra xəstəxanadan buraxılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Bukinqem sarayının yaydığı məlumatda deyilir.

“Kral planlaşdırılmış müalicədən sonra günorta saatlarında xəstəxanadan buraxılıb. Tam sağalması və bərpa olunması üçün qarşıdan gələn ictimai tədbirlərin vaxtı dəyişdirilib. Əlahəzrət tibb qrupuna və onun xəstəxanaya səfərinin təşkilində iştirak edən hər kəsə təşəkkürünü, son günlərdə aldığı xoş mesajlara görə minnətdarlığını bildirmək istərdi”, - 75 yaşlı monarxın ofisinin açıqlamasında bildirilir.

Xatırladaq ki, III Çarlzın əməliyyata ehtiyacı olduğuna keçən həftə aydınlıq gəlib. Bukinqem Sarayı kralda aşkar edilən şişin xoşxassəli olduğunu açıqlayıb.

Kral ailəsinin digər üzvü, Britaniya taxt-tacının varisi şahzadə Uilyamın həyat yoldaşı - Uels şahzadəsi Keyt də həmin xəstəxanadan evə buraxılıb.