Azərbaycanda çalışmış polşalı alim barədə kitab çıxıb - FOTO

Azərbaycanda çalışmış polşalı alim barədə kitab çıxıb - FOTO

Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olan polşalı mühəndis, görkəmli polşalı ixtiraçı, geoloq və xeyriyyəçi Vitold Zqlenitski ilə bağlı kitab çap olunub.

Birxeber.Az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyi kitabın təqdimatı ilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edən Polşa səfirinin müavini Michal Greczylo deyib ki, Azərbaycanın qaz və neft sektorunda əhəmiyyətli kəşflərinə baxmayaraq polşalı geoloq ölkədə az tanınır. Bu kitabın çapında məqsəd polşalı geoloqun fəaliyyəti və töhfəsi barədə Azərbaycan auditoriyasını məlumatlandırmaqdır.

Diplomat qeyd edib ki, kitab iki dildə - Azərbaycan və İngilis dillərində dərc olunub.

Daha sonra Samir Səttarov polşalı alim haqqında təqdimatla çıxış edərək onun neft və qaz sektoruna verdiyi töhfə barədə məlumat verib.