Azad edilmiş ərazilərdə daha 51 mina, 452 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 51 mina, 452 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 - 21.04.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.