Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub.

"Birxeber.Az"un məlumatına görə, müntəzəm mövsümün son oyunları aprelin 24-28-i aralığında keçiriləcək.

Aprelin 24-də, saat 19:00-da mərkəzi qarşılaşmada "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər. Qalib komanda mövsümü birinci pillədə başa vuracaq.

Müntəzəm mövsüm aprelin 28-də "NTD-İndiqo" - "Şəki" matçı ilə başa çatacaq.

Azərbaycan Basketbol Liqası
XVIII tur

24 aprel
19:00. "Sabah" - "Xəzri"
“Sərhədçi” İdman Mərkəzi

25 aprel
19:30. "Xırdalan" - "Cəlilabad"
“Sərhədçi” İdman Mərkəzi

26 aprel
19:30. "Sərhədçi" - "Neftçi"
“Sərhədçi” İdman Mərkəzi

27 aprel
14:00. "Gəncə" - "Sumqayıt"
Gəncə Olimpiya Kompleksi

28 aprel
14:00. "NTD-İndiqo" - "Sumqayıt"
Xaçmaz Olimpiya Kompleksi

Qeyd edək ki, "Sabah" hazırda 31 xalla liderdir. İkinci sıradakı "NTD-İndiqo" və üçüncü yerdəki "Xəzri"nin 30 xalı var. "Xırdalan" 28 xalla dördüncü, eyni xala malik "Neftçi" beşincidir. Növbəti pillələrdə "Sərhədçi" (24 xal), "Sumqayıt" (23), "Cəlilabad" (22), "Gəncə" (21) və "Şəki" (18) qərarlaşıblar.