Almaniyada Çinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Almaniyada Çinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Düsseldorf və Bad-Homburq Federal Kriminal Polis İdarəsinin əməkdaşları Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 3 Almaniya vətəndaşını saxlayıblar.

“Birxeber.Az” RBC-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Herviq F., İna F. və Tomas R. 17 aprel 2024-cü il tarixli məhkəmə orderi əsasında saxlanılıb. Onların evlərində və iş yerlərində axtarışlar aparılıb.

“Saxlanılan şəxslər naməlum müddətdən 2022-ci ilin iyununa qədər Çin kəşfiyyatına işləməkdə şübhəli bilinirlər”, - məlumatda qeyd olunub.