Türkiyədə polis maşını ilə avtobus toqquşub, 11 nəfər xəsarət alıb

Türkiyədə polis maşını ilə avtobus toqquşub, 11 nəfər xəsarət alıb

Türkiyədə polisin xidməti maşını ilə avtobus toqquşub.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Ədirnə vilayətində baş verən toqquşma nəticəsində 10-u polis olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.