İlham Əliyev-Neçirvan Bərzani görüşü - Azərbaycan regional əməkdaşlıq arealını genişləndirir

İlham Əliyev-Neçirvan Bərzani görüşü - Azərbaycan regional əməkdaşlıq arealını genişləndirir

“İraqın Kürdüstan Regionunun Türkiyə ilə çox yaxşı münasibətləri var. Həmçinin həmin əraziləri neft yataqları ilə zəngindir. Bu iki məqam əlaqələrimizdə xüsusi əhəmiyyət daşıyır".

Bunu “Birxeber.Az” a açıqlamasında BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü: “Türkiyə ilə Kürdüstan arasındakı münasibətlər eyni zamanda Azərbaycanla əlaqələrə kömək edir. İraqda İranın təsirləri ilə Azərbaycan əleyhinə müəyyən çıxışlar olur. Bu mənada Kürdüstanla əlaqələr bizim üçün xüsusi maraqlıdır. Azərbaycan və Kürdüstan Avropa ilə münasibətlərdə eyni strategiyanı seçməyə çalışır. Düşünürəm ki, Prezident İlham Əliyevin Bərzani ilə görüşü xüsusilə enerji təhlükəsizliyi kontekstində müstəsna əhəmiyyət daşıyır”.

Politoloq, həmçinin qeyd edib ki, İranda Kürdüstana münasibət çox mənfidir: “Həmçinin Ermənistanda İraqın Kürdüstan Regionuna eyni münasibət bəsləyirlər. Azərbaycanla Kürdüstan arasında əlaqələrdə bu məsələ də müstəsna əhəmiyyət daşıyır. Düzdür, Ermənistan Azərbaycan üçün kifayət qədər zəif fiqurdur. Buna baxmayaraq, Kürdüstan və Azərbaycan bu dövlətlər, xüsusən də İranla bağlı eyni mövqedən çıxış edə bilər. Ümumiyyətlə, dediyim kimi, Azərbaycanla Kürdüstan arasında münasibəltəri şərtləndirən bir sıra mühüm məqamlar var”.

Qeyd edək ki, fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş olub.

Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib.

Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

Xarici siyasət Xarici siyasət
Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına məktəbdə olub

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına məktəbdə olub

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri komitələrinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri komitələrinin üçtərəfli görüşü keçiriləcək

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri: "Sülhün əldə olunması üçün tərəflərin xarici siyasətdə azad qərar vermə imkanı olmalıdır"

Azərbaycan səfiri: "Sülhün əldə olunması üçün tərəflərin xarici siyasətdə azad qərar vermə imkanı olmalıdır"

Xarici siyasət Xarici siyasət
İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər

Xarici siyasət Xarici siyasət
Ərdoğan Ankarada mitinqdə danışıb: "Bizim sevgimiz kimi qəzəbimiz də millətimizin mənafeyi üçündür"

Ərdoğan Ankarada mitinqdə danışıb: "Bizim sevgimiz kimi qəzəbimiz də millətimizin mənafeyi üçündür"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Gürcüstanı təbrik edib

Azərbaycan XİN Gürcüstanı təbrik edib

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülh arzusunu göstərir

Dövlət Departamenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülh arzusunu göstərir

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Xarici siyasət Xarici siyasət
Səfir ATU-dakı türkiyəli tələbələrin problemləri ilə maraqlanıb

Səfir ATU-dakı türkiyəli tələbələrin problemləri ilə maraqlanıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”

Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”