Fərid Şəfiyev: Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq çox önəmlidir

Fərid Şəfiyev: Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq çox önəmlidir

"Çinin dünya miqyasında həm iqtisadi, həm siyasi nüfuzunun artmaqda olduğunu nəzərə alıb, deyə bilərəm ki, Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır".

Birxeber.Az-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

"Biz dövlət qurumu olmasaq da, dövlət qurumları üçün müəyyən müzakirə aspektlərini müəyyənləşdiririk. Bu səbəbdən də bu gün Çindən bir sıra elmi nümayəndələr ölkəmizə dəvət olunub. Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq çox önəmlidir. Bu məsələ də müzakirə edilməlidir. Söhbət təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatından gedir. Bizim üçün "Mərkəzi Asiya 5" platforması da mühüm əhəmiyyət daşıyır", - o deyib.