Azərbaycan Prezidenti Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan  Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, "Ansaldo Energia" şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.

"Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.

Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirib.

12.37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: "Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq"

Azərbaycan XİN: "Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq"

Xarici siyasət Xarici siyasət
Bu gün Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib

Bu gün Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib

Xarici siyasət Xarici siyasət
Çexiya XİN Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

Çexiya XİN Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

Xarici siyasət Xarici siyasət
Ekspert: “Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir”

Ekspert: “Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir”

Xarici siyasət Xarici siyasət
Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - VİDEO - YENİLƏNİB

Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - VİDEO - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib, 4 sürücü ilə müqaviləyə xitam verilib

BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib, 4 sürücü ilə müqaviləyə xitam verilib

Xarici siyasət Xarici siyasət
XİN: "Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın yolunda hərəkət rejimi dəyişməz olaraq qalır"

XİN: "Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın yolunda hərəkət rejimi dəyişməz olaraq qalır"

Xarici siyasət Xarici siyasət
İcma sədri: “Pakistanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da dəstəyini əsirgəməyəcəyinə inanırıq”

İcma sədri: “Pakistanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da dəstəyini əsirgəməyəcəyinə inanırıq”

Xarici siyasət Xarici siyasət
Elçin Quliyev: “Beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi məsələləri böyük əhəmiyyət kəsb edir”

Elçin Quliyev: “Beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi məsələləri böyük əhəmiyyət kəsb edir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib - YENİLƏNİB

Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib - YENİLƏNİB