İvanişvili Tbilisidə genişmiqyaslı mitinq keçirəcək

İvanişvili Tbilisidə genişmiqyaslı mitinq keçirəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisidə keçirilən etiraz aksiyalarına cavab olaraq aprelin 29-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib. Bəyanatda “radikal müxalifət”in müzakirəsi davam etdirilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimaiyyəti çaşdırdığı, hakim partiyanın “qanun layihəsinə olan ictimai dəstəyi” nümayiş etdirmək üçün mitinq təşkil edəcəyi qeyd olunub.


Gürcüstanın hakimiyyətyönümlü “İmedi” telekanalının məlumatında isə bildirilib ki, “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişdili mitinqdə iştirak edəcək.