Azərbaycanla Macarıstan arasında Qarabağda aparılan şəhərsalma fəaliyyəti müzakirə edilib

Azərbaycanla Macarıstan arasında Qarabağda aparılan şəhərsalma fəaliyyəti müzakirə edilib

Budapeştdə keçirilən Azərbaycan-Macarıstan Biznes Forumunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan şəhərsalma fəaliyyəti müzakirə edilib.

Bu barədə "Report"a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Biznes forum Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində keçirilib.

Komissiyanın iclasında iştirak edən azərbaycanlı nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də təmsil olunub. İşğaldan azad edilmiş ərazilərdə biznes və investisiya imkanları mövzusunda panel iclasda Komitənin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Eldar Salahov burada həyata keçirilən ərazi planlaşdırma işləri haqqında təqdimatla çıxış edib.

Toplantıda Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, geniş əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən danışılıb, qarşılıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib. Sonda ölkələr arasında iclasın yekunlarına dair Protokol imzalanıb.

Biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib. Forumda iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin Komissiyanın əsas hədəflərindən olduğu, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işlərinə macar iş adamları tərəfindən göstərilən marağın əhəmiyyəti vurğulanıb.

İnfrastruktur İnfrastruktur
Naftalanda yeni tullantı sutəmizləyici qurğusu istismara verilib

Naftalanda yeni tullantı sutəmizləyici qurğusu istismara verilib

İnfrastruktur İnfrastruktur
Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb

Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb

İnfrastruktur İnfrastruktur
Nazir müavini: “AZAL-ın biletlərinin qiyməti optimallaşdırılacaq”

Nazir müavini: “AZAL-ın biletlərinin qiyməti optimallaşdırılacaq”

İnfrastruktur İnfrastruktur
“Azəristiliktəchizat”ın rəhbərliyi İsmayıllıda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat”ın rəhbərliyi İsmayıllıda vətəndaşları qəbul edib

İnfrastruktur İnfrastruktur
Qarabağda 69 min hektara yaxın ərazi minalardan təmizlənib

Qarabağda 69 min hektara yaxın ərazi minalardan təmizlənib

İnfrastruktur İnfrastruktur
Gəncədə "Xan arxı"nın yatağında betonlama işləri görülür

Gəncədə "Xan arxı"nın yatağında betonlama işləri görülür

İnfrastruktur İnfrastruktur
Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir

Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir

İnfrastruktur İnfrastruktur
“AZAL Karyera Günü”  tədbiri keçirilib

“AZAL Karyera Günü” tədbiri keçirilib

İnfrastruktur İnfrastruktur
Zabuxda su anbarı tikiləcək

Zabuxda su anbarı tikiləcək

İnfrastruktur İnfrastruktur
Metronun "Avtovağzal" və "Xocəsən" stansiyalarında işıqlar müvəqqəti sönüb

Metronun "Avtovağzal" və "Xocəsən" stansiyalarında işıqlar müvəqqəti sönüb

İnfrastruktur İnfrastruktur
Dəmir yolunda ölümlə nəticələnən qəza baş verib

Dəmir yolunda ölümlə nəticələnən qəza baş verib

İnfrastruktur İnfrastruktur
"Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb

"Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb