Vinisius “El Klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu olub

Vinisius “El Klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu olub

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior “El Klasiko”ların tarixinə düşüb.

“Report” xəbər verir ki, o, İspaniya La Liqasının XXXII turunda baş tutan “Real” – “Barselona” qarşılaşmasında (3:2) fərqlənməklə “El Klasiko”larda vurduğu qolların sayını yeddiyə çatdırıb.

24 yaşlı oyunçu bu nəticə ilə “El Klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu olub. Ronaldo və Evaristo de Masedo hərəyə 6 dəfə, Ronaldinyo, Rivaldo və Covanni isə hərəyə 5 dəfə fərqləniblər.

Qeyd edək ki, “El Klassiko”ların bombardiri argentinalı dünya çempionu Lionel Messidir (26 qol). Kriştiano Ronaldo (Portuqaliya) və Alfredo Di Stefanonun (İspaniya) hesabında 18 qol var.