Polşa ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

Polşa ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

NATO qərar verərsə, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.

Birxeber.Az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andrzej Duda "Fakt daily"ə müsahibəsində deyib.

Polşa Prezidentinin sözlərinə görə, Rusiya getdikcə Kalninqrad bölgəsini hərbiləşdirir, bu yaxınlarda Moskva öz nüvə silahlarını Belarusa köçürüb.

"Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün nüvə silahının nüvə bölgüsü çərçivəsində bizim ərazimizdə də yerləşdirilməsinə qərar versələr, biz buna hazırıq. Şimali Atlantika Alyansında müttəfiqik və biz də bu baxımdan öhdəliklər götürürük ki, bu da sadəcə olaraq ümumi siyasət həyata keçirməyimiz deməkdir", - deyə Polşa dövlət başçısı bildirib.