Rusiyada zavodda yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyada zavodda yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Voronej şəhərində "ELMAŞ" zavodunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

11:23

Rusiyanın Voronej şəhərində elektrik avadanlıqlarının istehsalı zavodu yanıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, yanğın “ELMAŞ” zavodunda baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın elektrik avadanlıqlarının istehsalı sexini əhatə edib.

Yanğının sahəsinin 3 min kvadratmetr olduğu, hələlik yanğının nədən baş verdiyi və tələfatın olmadığı bildirilib.