QDİƏT Baş katibi: Azərbaycana gələn turistlər buradan məmnun ayrılır
Azərbaycana səfər edən turistlər bu ölkədən məmnun ayrılır.
"Birxeber.Az-Economics" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda turizm sektorunun hər il inkişaf etdiyini qeyd edib:
"Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirə layiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək", - deyə Baş katib əlavə edib.