Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 aprel “Yer Gününə”nə həsr olunmuş tədbir keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, nazirliyin, İcra hakimiyyətinin nümayəndələri, ekokönüllülər və rayon gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında ağac əkib, daha sonra Samux rayonunun Qarayeri qəsəbəsində çaykənarı ərazidə təmizlik aksiyası keçirərək ətrafı tullantılardan təmizləyiblər.

Tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə aktiv iştirakını və dayanıqlı gələcəyi təmin etməkdən ibarətdir.