Lazar Komanesku: "Azərbaycana gələn turistlər buradan məmnun ayrılır"

Lazar Komanesku: "Azərbaycana gələn turistlər buradan məmnun ayrılır"

Azərbaycana səfər edən turistlər buradan məmnun ayrılır.

"Birxeber.Az" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda turizm sektoru hər il daha da inkişaf edir: "Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirə layiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək".