Naxçıvan icra başçısına yeni müavin təyin edilib

Naxçıvan icra başçısına yeni müavin təyin edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər icra başçısının müavini, İH başçısı səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. Yeni müavin bu gün kollektivə təqdim edilib.