Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etdi.

Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırdı.

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit 1997-ci ildə Azərbaycana səfərini və Ulu Öndər Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı, Ümummilli Liderlə görüşün onda zəngin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğuladı, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu dedi. O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğuladı, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını dedi.

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa yəhudi icmasının nümayəndələrinin Azərbaycana səfər etmək niyyətində olduqları vurğulandı.

19:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

Xarici siyasət Xarici siyasət
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Bakıda Qoşulmama Hərəkatı nazirlərinin iclasına hazırlıq toplantısı keçirilir

Bakıda Qoşulmama Hərəkatı nazirlərinin iclasına hazırlıq toplantısı keçirilir

Xarici siyasət Xarici siyasət
Nazirlik: "Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir"

Nazirlik: "Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir"

Xarici siyasət Xarici siyasət
Düşənbədə İlham Əliyevin Emoməli Rəhmonla təkbətək görüşü olub - YENİLƏNİB-2

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmonla təkbətək görüşü olub - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
Karen Donfrid: “Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri Azərbaycan-Ermənistan danışıqlarıdır”

Karen Donfrid: “Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri Azərbaycan-Ermənistan danışıqlarıdır”

Xarici siyasət Xarici siyasət
XİN-də Gürcüstanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

XİN-də Gürcüstanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Xarici siyasət Xarici siyasət
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək

Xarici siyasət Xarici siyasət
XİN-də kollegiya iclası keçirilib, 2023-cü il üzrə planlar təqdim edilib

XİN-də kollegiya iclası keçirilib, 2023-cü il üzrə planlar təqdim edilib

Xarici siyasət Xarici siyasət
BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

Xarici siyasət Xarici siyasət
Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib

Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib