Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.

"Birxeber.Az"un məlumatına görə, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.