Türkiyədə avtobus aşıb, 3 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyədə avtobus aşıb, 3 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyənin Adana şəhərində avtobus aşıb.

“Birxeber.Az” “Star”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xəsarət alanlardan 7-si uşaqdır.

Məlumata görə, avtobus aşandan sonra yanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.