Keçmiş məcburi köçkün: Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram

Keçmiş məcburi köçkün: Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram

“Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Füzulidə hər şey gözəl olacaq”.

“Birxeber.Az” xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Abbasov Tahir deyib.

“Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram. Uşaq olsam da, hər şeyi xatırlayıram. Düzdür, bizə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Amma doğma Füzuliyə qayıtmaq illərin arzusudur. Qısa müddətdə bizlər üçün yeni binalar inşa edilib, bütün infrastruktur yaradılıb. 31 ildən çoxdur davam edən həsrətimiz bitir”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.