Türkiyədəki zəlzələ Azərbaycandakı pərakəndə geyim və onlayn ticarət bazarına necə təsir edəcək?

Türkiyədəki zəlzələ Azərbaycandakı pərakəndə geyim və onlayn ticarət bazarına necə təsir edəcək?

“Güclü zəlzələ baş verən Malatya, Kahramanmaraş şəhərlərində iri şirkətlərin istehsal fabrikləri yerləşir. Bu səbəbdən də, zəlzələnin əraziyə vurduğu ziyan və ümumi vəziyyəti nəzərə alsaq, növbəti, yəni payız-qış mövsümündə tekstil malların qiymətində artım gözlənilir”.

Bunu “Birxeber.Az”a açıqlamasında fervalın 6-da Türkiyənin bir sıra regionlarında baş verən 7,77,6 maqnitudalı iki zəlzələnin Azərbaycanın geyim bazarına təsirini şərh edən Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi deyib.

F.Novruzi hesab edir ki, 2023-cü ilin ilk yarısında qiymət artımı ilə bağlı yenilik gözlənilmir:

“Növbəti 6 ay ərzində yəni qarşıdan gələn yaz-yay mövsümündə tekstil mallarına müəyyən olunan qiymətlərdə dəyişikliklər olmayacaq, çünki sahənin qaydalarına uyğun olaraq, bu mövsüm üçün nəzərdə tutulan malların istehsalı prosesi artıq bitib. Qeyd olunan mövsümlərdə yalnız logistika məsələləri ilə bağlı problemlərin olması gözlənilir ki, bu da tədarük zəncirində qırılmaların baş verməsi səbəbindən ola bilər”.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə hesab edir ki, brend malların istehsalçıları hadisədən təsirlənsə də qısa müddət üçün qiymət artımına getməyəcək:

“Türkiyə elektron ticarət platformaları Azərbaycanda kifayət qədər məşhurdur. Bu baxımdan qardaş ölkədə baş verən zəlzələnin onlayn satışa təsiri bizim ölkəmizdə də hiss ediləcək. Biz də bu prosesi dərindən müşahidə edirik. Düşünürəm ki, brendlər öz adlarını qorumaq naminə zərər dəyməsinə baxmayaraq bahalaşmaya getməyəcəklər.

Zəlzələnin qiymətlərə təsirinə gəlincə bu əsasən ölkə daxilində xüsusən də təbii fəlakət baş verən bölgədə istehsal edilən məhsullarda müşahidə edilə bilər. Təbii ki, zəlzələnin nəticələrinin hansı müddətdə aradan qaldırılması, həmin bölgələrdəki müəssisələrin öz işlərini hansı tezlikdə bərpa etməsi, ölkədaxili daşınmaların opertativliyinin təmini və başqa bu kimi məsələlər qiymətlərə təsir etməsi mümkündür”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.

Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Biznes Biznes
İlin ilk “Poz-Qazan” oyunu – 200 000 manat böyük uduşlu “Şans Yağışı” satışda!

İlin ilk “Poz-Qazan” oyunu – 200 000 manat böyük uduşlu “Şans Yağışı” satışda!

Biznes Biznes
İqtisadiyyat Nazirliyində ÜƏMT-in baş direktor müavini ilə görüş olub

İqtisadiyyat Nazirliyində ÜƏMT-in baş direktor müavini ilə görüş olub

Biznes Biznes
Antiinhisar Dövlət Xidməti I yarımildə 1 300-ə yaxın müraciəti təmin edib

Antiinhisar Dövlət Xidməti I yarımildə 1 300-ə yaxın müraciəti təmin edib

Biznes Biznes
Mikayıl Cabbarov: "Ötən il özəlləşdirilmiş müəssisələrə 14,6 mln manat investisiya qoyulub"

Mikayıl Cabbarov: "Ötən il özəlləşdirilmiş müəssisələrə 14,6 mln manat investisiya qoyulub"

Biznes Biznes
Fərhad Hacıyev: "Bu il "Yüksəliş" müsabiqəsinə müraciətlər rekord sayda olub"

Fərhad Hacıyev: "Bu il "Yüksəliş" müsabiqəsinə müraciətlər rekord sayda olub"

Biznes Biznes
DGK sədrinin daha bir müavini vəzifəsindən azad edilib

DGK sədrinin daha bir müavini vəzifəsindən azad edilib

Biznes Biznes
Azərbaycanda ticarət zamanı kartdan karta köçürülən ödənişlərin araşdırılması təklif olunur

Azərbaycanda ticarət zamanı kartdan karta köçürülən ödənişlərin araşdırılması təklif olunur

Biznes Biznes
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 710 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 710 minə yaxınlaşıb

Biznes Biznes
Aynur Musayeva: “Qadınların ailə qayğıları onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur”

Aynur Musayeva: “Qadınların ailə qayğıları onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur”

Biznes Biznes
Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək

Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək

Biznes Biznes
Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

Biznes Biznes
Rüfət Atakişiyev: “Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”

Rüfət Atakişiyev: “Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”