Yens Stoltenberq: ABŞ və NATO hələ də Ukraynaya yeni silah tədarükü ilə bağlı gecikməyib

Yens Stoltenberq: ABŞ və NATO hələ də Ukraynaya yeni silah tədarükü ilə bağlı gecikməyib

“ABŞ və NATO hələ də Ukraynaya yeni silah tədarükü ilə bağlı gecikməyib, lakin bu gecikmə real nəticələrə səbəb olub”.

“Birxeber.Az” xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu fikri “MSNBC” telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə yeni hərbi yardımı təsdiqləməsini şərh edərkən bildirib.

“Rusiyanın aylardır daha çox döyüş sursatı var, ukraynalıların cəbhə xəttinin hissəsindən asılı olaraq 1-dən 5-ə və hətta 1-dən 10-a nisbətində artilleriya mərmiləri çatışmazlığı var. Biz görürük ki, hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən getdikcə daha az Rusiya raketləri və PUA-ları vurulur”, - deyə o bildirib.