Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınmış oyunların tarixi açıqlanıb
Türkiyə Super Liqasında zəlzələyə görə XXIII turdan təxirə salınmış oyunların tarixi açıqlanıb.
"Birxeber.Az" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Giresunspor" - "Kayserispor" və "Fənərbağça" - "Konyaspor" matçları fevralın 25-də, "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə bundan bir gün sonra keçiriləcək.
Bundan başqa, İstanbuldakı terror səbəbindən baş tutmayan XIV turun "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 38 044 nəfər həlak olub.