Futbol üzrə İngiltərə kubokunun finalında qarşılaşacaq komandalar məlum olub

Futbol üzrə İngiltərə kubokunun finalında qarşılaşacaq komandalar məlum olub

“Mançester Yunayted” futbol üzrə ölkə kubokunun yarımfinal matçında İngiltərənin ikinci divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.

“Birxeber.Az” xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

“Mançester Yunayted”in qollarını Skott Maktominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurub.

“Koventri”nin heyətində Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) fərqlənib.

Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olublar - 4:2.

İngiltərə kubokunun finalında “Mançester Yunayted” şənbə günü Londonda “Çelsi”ni məğlub edən (1:0) “Mançester Siti” ilə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

“Mançester Siti” İngiltərə Kubokunun son sahibidir və ümumilikdə 7 dəfə bu mükafata yiyələnib. “Mançester Yunayted” isə 12 titul qazanıb. Ölkə kubokunda ən çox qələbə qazanan komanda London “Arsenal”ıdır – 14 titul.