Almaniya 5 milyard avrodan çox silah ixrac edəcək

Almaniya 5 milyard avrodan çox silah ixrac edəcək

Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.

“Report”un məlumatına görə, bu barədə xəbəri Almaniya İqtisadiyyat Nazirliyi yayıb.

Belə ki, Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.

Qeyd olunub ki, ölkənin 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedib. 2023-cü ildə isə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.