Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Allahverdiyev Telman Məhər oğlunun meyiti hamam otağında aşkar edilib.

Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

T. Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.