Göyçayda maşın iki piyadanı vurub

Göyçayda maşın iki piyadanı vurub

Goyçayda yol-nəqliyyat hadisəsi olub.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil iki piyadanı vurub.

Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Mürsəlova Könül Kərimov qızı və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.