Maldiv adalarında keçirilən parlament seçkiləri 70%-dən çox seçici fəallığı ilə başa çatıb

Maldiv adalarında keçirilən parlament seçkiləri 70%-dən çox seçici fəallığı ilə başa çatıb

Maldiv adalarında keçirilən parlament seçkiləri 70%-dən çox seçici fəallığı ilə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin seçki komissiyası məlumat yayıb.

Seçki məntəqələri vaxtında bağlanıb. Səsvermənin bitməsinə yarım saat qalmış məlumatlara görə, səsvermədə 207 mindən çox insan iştirak edib. Ümumilikdə Maldiv adalarında demək olar ki, 285 min nəfərin səsvermə hüququ var. Xaricdə səsvermə Hindistan, Malayziya və Şri-Lankada təşkil olunub.

Müşahidəçilərin qeyd etdiyi kimi, seçkilər dinc şəraitdə keçirilib. Polis, öz növbəsində, iki stansiyada üç nəfərin həbs edildiyini bildirib. Maledə saxlanılanlardan biri bülleteni göstərib. Daha iki nəfər Gaafu Dhaalu Atollunda Fiori adasındakı seçki məntəqəsində dava salmağa və səsverməni pozmağa cəhd edib.