Netanyahu yaxın günlərdə HAMAS-a təzyiqi artıracağına söz verib

Netanyahu yaxın günlərdə HAMAS-a təzyiqi artıracağına söz verib

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HAMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.

Birxeber.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yaxın günlərdə HAMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.

O, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.