Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb.

“Report” xəbər verir ki, bu barədə polisin məlumatında deyilir.

Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.

Naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.

Avtobusda 73 nəfər, o cümlədən Marburqdan olan orta məktəb şagirdləri və müəllimləri var idi. Onlar Böyük Britaniyaya gedirmişlər.