DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanması barədə layihə ilk oxunuşda qəbul olunub

DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanması barədə layihə ilk oxunuşda qəbul olunub

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) DSMF-nin sərbəst vəsaitləri və investisiya gəlirlərinin Mərkəzi Bankda saxlanması barədə layihə Milli Məclisdə ilk oxunuşda qəbul olunub.

“Report” xəbər verir ki, layihə ilə Azərbaycanda DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib. Bu, “Sosial sığorta haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanunda yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Digər tərəfdən Qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, Qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək Qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin Qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

Milli Məclis Milli Məclis
Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib

Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib

Milli Məclis Milli Məclis
Türkiyə parlamentinin Büro katibi: "Hər zaman Azərbaycanın yanında olacağıq və bu, dəyişilməz dövlət siyasətidir"

Türkiyə parlamentinin Büro katibi: "Hər zaman Azərbaycanın yanında olacağıq və bu, dəyişilməz dövlət siyasətidir"

Milli Məclis Milli Məclis
Həzi Aslanov: "Axtarışda olan 14 nəfərdən 11-nin xarici dövlətlərdə olmağı müəyyən edilib"

Həzi Aslanov: "Axtarışda olan 14 nəfərdən 11-nin xarici dövlətlərdə olmağı müəyyən edilib"

Milli Məclis Milli Məclis
MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsini I oxunuşda təsdiqləyib

MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsini I oxunuşda təsdiqləyib

Milli Məclis Milli Məclis
MM işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı xərc çəkməməsi barədə layihəni I oxunuşda qəbul edib

MM işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı xərc çəkməməsi barədə layihəni I oxunuşda qəbul edib

Milli Məclis Milli Məclis
Baş prokurorun və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə birinci oxunuşda qəbul edilib

Baş prokurorun və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə birinci oxunuşda qəbul edilib

Milli Məclis Milli Məclis
Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sazişi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sazişi ratifikasiya edib

Milli Məclis Milli Məclis
Milli Məclisin deputatları tətildən qayıdıblar

Milli Məclisin deputatları tətildən qayıdıblar

Milli Məclis Milli Məclis
Pensiya təyinatı zamanı sığorta stajının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşdan keçib

Pensiya təyinatı zamanı sığorta stajının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşdan keçib

Milli Məclis Milli Məclis
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında əsasnaməyə dəyişikliklər qəbul edilib

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında əsasnaməyə dəyişikliklər qəbul edilib

Milli Məclis Milli Məclis
Parlamentdə nifrət nitqi ilə bağlı qanunvericilik sahəsində dinləmələr keçiriləcək

Parlamentdə nifrət nitqi ilə bağlı qanunvericilik sahəsində dinləmələr keçiriləcək

Milli Məclis Milli Məclis
Milli Məclis komitələri Şuşada "Ali təhsil haqqında" qanun layihəsini müzakirə ediblər - YENİLƏNİB

Milli Məclis komitələri Şuşada "Ali təhsil haqqında" qanun layihəsini müzakirə ediblər - YENİLƏNİB