Myanmada toqquşmalar səbəbindən 3 minə yaxın sakin Tailanda köçüb

Myanmada toqquşmalar səbəbindən 3 minə yaxın sakin Tailanda köçüb

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib.

"Report"un "Maticon" qəzetinə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib.

“Hazırda Myanmadan olan 3 minə yaxın qaçqın Tailanda köçüb, onların hamısı Daxili İşlər Nazirliyinin əməkdaşlarının himayəsindədir”, - nazir bildirib.

Qeyd edək ki, döyüşlər Myanmanın Tailandla sərhəd Myavadi şəhəri ərazisində gedir.

Pittanukonun sözlərinə görə, Tailand münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçi olmağa hazırdır.