Xaçmazda dönərxana yanıb

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb.

Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır.