Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Birxeber.Az"a bildirilib ki, aprelin 22-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.