Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir. Hazırda hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.