Bakı Limanı Çinin ən böyük limanı ilə əməkdaşlığı genişləndirir

Bakı Limanı Çinin ən böyük limanı ilə əməkdaşlığı genişləndirir

Bakı Limanı ilə Çinin ən böyük limanlarından olan Qinqdao Limanı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu barədə “Birxeber.Az”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Məlumata görə, Çin Limanının nümayəndə heyəti bu gün Bakı Limanına səfər edib. Qinqdao Limanının Baş direktorunun müavini Xinq Donqliyanqunun rəhbərlik etdiyi heyətlə görüşü zamanı liman infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq və Azərbaycandan keçməklə daşınan yük həcminin artırılması sahələrində müzakirələr aparılıb.

Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edib ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Bakı Limanı və Qinqdao Limanı arasında 2023-cü ilin 17 aprelində Qardaşlaşmış Limanlar Anlaşma Memorandumu imzalanıb və iki tərəfli əməkdaşlığın rəmzi olan mayak abidəsi quraşdırılıb.