Şəkidə 64 yaşlı qadın itkin düşüb - FOTO

Şəkidə 64 yaşlı qadın itkin düşüb - FOTO

Şəki rayonunun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 156 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır. Sonuncu dəfə onun əynində qırmızı rəngli köynək və qara yubka olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.