Qubadlıda top mərmiləri aşkar edilib

Qubadlıda top mərmiləri aşkar edilib

Qubadlıda top mərmiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.